İngiltərədə 202 milyon illik nəhəng dəniz sürünəninin fosili aşkarlanıb
202 milyon il əvvələ aid nəhəng dəniz sürünəninin çənə sümüyü fosili İngiltərənin Somerset sahilində britaniyalı qız və atası tərəfindən tapılıb.
Crossmedia.az xəbər verir ki, araşdırmaçıların məlumatına görə, Ichthyotitan severnensis adlandırılan yeni növün uzunluğu təxminən 22-26 metr olub və indiyədək məlum olan ən iri dəniz sürünənlərindən biri hesab edilir. Fosilin Trias dövründə yaşamış ixtiozavra aid olduğu, bu kəşfin isə elmə əvvəllər məlum olmayan yeni növün mövcudluğunu təsdiqlədiyi bildirilib.
Mütəxəssislər qeyd edirlər ki, tapıntı Trias dövründə dəniz sürünənlərinin ölçü və müxtəlifliyi barədə yeni məlumatlar təqdim edir. Araşdırmaya əsasən, bu nəhəng canlılar dinozavrlarla eyni dövrdə yaşayıb və təxminən 201 milyon il əvvəl baş vermiş qlobal kütləvi məhvə qədər mövcud olublar.
08:23 29.07.2026
Oxunuş sayı: 40