Qaz qurğularının xəritələrindən istifadəyə görə dövlət rüsumu ləğv edilib
Qaz qurğularının xəritələrindən (sxemlərindən) istifadəyə görə 20 manatlıq dövlət rüsumu ləğv edilib.
Crossmedia.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun icrası ikə əlaqədar “Dövlət rüsumu haqqında” qanunda dəyişiklikdə öz əksini tapıb. Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.
Qeyd edək ki, yeni “Qaz təchizatı haqqında” qanunda ləğv edilmiş 30 iyun 1998-ci il tarixli qanundan fərqli olaraq qaz qurğularının xəritələrinin dövlət rüsumu ödəməklə sifarişçilərə verilməsi müddəası nəzərdə tutulmadığından “Dövlət rüsumu haqqında” qanunda müvafiq dəyişiklik edilir.
13:17 24.07.2026
Oxunuş sayı: 37