Azərbaycan və UN-Habitat azad edilmiş kəndlərin planlaşdırılması üzrə saziş imzalayıb
Azərbaycan və BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) azad edilmiş ərazilərdə kəndlərin planlaşdırılması ilə bağlı əməkdaşlığa başlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev məlumat verib.
Onun sözlərinə görə, UN-Habitat ilk dəfə olaraq azad edilmiş ərazilərdə kəndlərin planlaşdırılması layihələrinin hazırlanmasında birbaşa iştirak edəcək.
Birgə layihə çərçivəsində Cəbrayıl rayonunun Quycaq və Kəlbəcər rayonunun Mollabayramlı kəndləri üçün ərazi planlaşdırma sənədləri hazırlanacaq.
Layihə həmçinin beynəlxalq ekspertlərin dayanıqlı yaşayış məntəqələrinin yaradılması üzrə müasir yanaşmaların hazırlanmasına cəlb olunmasını və azərbaycanlı mütəxəssislər üçün təlimlərin keçirilməsini nəzərdə tutur.
11:32 16.07.2026
Oxunuş sayı: 54