Tramp İlham Əliyevlə bağlı məqaləni paylaşdı
ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında Prezident İlham Əliyevin Şuşada səsləndirdiyi fikirlərə həsr olunmuş məqaləni paylaşıb.
Crossmedia.az xəbər verir ki, Donald Tramp Truth Social platformasında "Breitbart News" nəşrinin Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışına həsr olunmuş məqaləsinə istinad edib.
Məqalədə Prezident İlham Əliyevin Donald Trampı "sülh adamı" adlandırdığı, həmçinin onun Azərbaycan və Ermənistan arasında sülh sazişinin əldə olunmasındakı rolunu yüksək qiymətləndirdiyi fikirlərə yer verilib.

11:03 16.07.2026
Oxunuş sayı: 58