ABŞ-nin "Breitbart News" nəşri İlham Əliyevin çıxışını işıqlandırıb
ABŞ-nin "Breitbart News" nəşri Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışına həsr olunmuş paylaşım yayımlayıb.
Crossmedia.az xəbər verir ki, nəşrin rəsmi "Instagram" hesabında yerləşdirilən paylaşım təxminən 2 milyon izləyicisi olan auditoriyaya təqdim edilib.
Məlumata görə, paylaşımda Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın sülhyaratma səylərini yüksək qiymətləndirməsi və onun Azərbaycan ilə Ermənistan arasında tarixi sülh sazişinin əldə olunmasında mühüm rol oynadığını vurğulaması xüsusi qeyd olunub.

09:33 16.07.2026
Oxunuş sayı: 46