Odessada itkin düşən "Atlas Bey" gəmisinin kapitanının adı açıqlandı
Odessa sahilləri yaxınlığında hücuma məruz qalan "Atlas Bey" yük gəmisinin itkin düşən kapitanının şəxsiyyəti müəyyənləşib.
Crossmedia.az xəbər verir ki, itkin düşən kapitan Azərbaycan vətəndaşı Saməd Nəsrullayevdir.
Bildirilir ki, o, Odessa sahilləri yaxınlığında hücuma məruz qalan quru yük gəmisində xidmət edib. Hazırda kapitanın axtarışları davam etdirilir.
Hadisənin başvermə şəraiti və axtarış-xilasetmə əməliyyatlarının nəticələri ilə bağlı əlavə məlumat verilmir.

14:18 15.07.2026
Oxunuş sayı: 62