Bu gündən yeni 100 manatlıq əsginas dövriyyəyə buraxılır
Bu gündən Azərbaycanda yenilənmiş dizayna malik 100 manatlıq əsginas rəsmi olaraq tədavülə buraxılır.
Crossmedia.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı bu barədə məlumat yayıb.
Məlumata görə, yeni 100 manatlıq əsginas müasir təhlükəsizlik elementləri ilə təchiz edilib və saxtalaşdırmaya qarşı mühafizə səviyyəsi artırılıb.
Azərbaycan Mərkəzi Bankı bildirib ki, yeni əsginasın dövriyyəyə buraxılması əvvəlki nümunəli 100 manatlıq əsginasların tədavüldən çıxarılması demək deyil. Hazırda dövriyyədə olan bütün 100 manatlıq əsginaslar öz nominal dəyərini saxlayır və ödəniş vasitəsi kimi istifadə oluna bilər.
Qeyd edilib ki, yeni əsginasların mərhələli şəkildə nağd pul dövriyyəsinə daxil olması nəzərdə tutulur. Bununla yanaşı, köhnə və yeni dizaynlı 100 manatlıq əsginaslar paralel şəkildə tədavüldə olacaq.
11:42 15.07.2026
Oxunuş sayı: 61