Azərbaycan nümayəndə heyəti Şimali Kiprə səfər edəcək
Azərbaycan nümayəndə heyəti Şimali Kiprin Müstəqillik Günündə iştirak edəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov Bakıda Türkiyənin 15 İyul Demokratiya və Milli Birlik Günü münasibətilə keçirilən anım günündə çıxışı zamanı məlumat verib.
Onun sözlərinə görə, iki gün sonra Milli Məclisdən nümayəndə heyəti Şimali Kiprin Müstəqillik Günündə iştirak etmək üçün səfərə çıxacaq:
"Azərbaycan Türkiyə kimi Şimali Kimprlə də münasibətlərini daim inkişaf etdirir".
11:43 15.07.2026
Oxunuş sayı: 52