KİV: Polşa Ukraynaya 5 "Patriot" raketi verib
Polşa Ukraynaya PAC-3 MSE tipli 5 "Patriot" zenit-raket kompleksi üçün ələkeçirici raket təhvil verib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, bunun müqabilində ABŞ fövqəladə vəziyyət yaranacağı halda Polşaya 50 belə raketin veriləcəyinə dair təminat təqdim edib.
Bildirilib ki, Ukraynaya göndərilən raketlərin sayı bir "Patriot" buraxılış qurğusunun tam döyüş dəstini belə təmin etmir. Belə ki, standart buraxılış qurğusu 6 raket üçün nəzərdə tutulub.
12:34 13.07.2026
Oxunuş sayı: 64