Almaniya Ukrayna üçün 50 min zərbə dronunun alınmasını maliyyələşdirəcək
Almaniya hökuməti Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün 50 min zərbə tipli pilotsuz uçuş aparatının alınmasını maliyyələşdirəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Reuters agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, söhbət Qərb ölkələri tərəfindən həyata keçirilən ən iri pilotsuz uçuş aparatları tədarükü layihələrindən birindən gedir.
Kontrakt çərçivəsində Ukraynanın SkyFall şirkətinin istehsalı olan Shrike FPV dronları tədarük ediləcək.
Bildirilir ki, dronlar ABŞ-nin Auterion şirkətinin proqram təminatı ilə təchiz olunacaq. Bu sistem pilotsuz aparatlara hərəkətdə olan hədəfləri avtonom şəkildə aşkar etmək və məhv etmək imkanı verir.
Almaniya hökuməti və Ukrayna tərəfi müqavilənin maliyyə dəyəri ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
12:26 13.07.2026
Oxunuş sayı: 58