Ukraynalı jurnalist: Müharibəni dayandıracaq yeganə şəxs Putindir
Ukraynalı jurnalist Vitali Portnikov bildirib ki, nə Ukrayna Prezidenti Volodimir Zelenskinin, nə də ABŞ Prezidenti Donald Trampın müharibəni bitirmək imkanı var.
Crossmedia.az xəbər verir ki, o, bu barədə açıqlama verib.
Portnikovun sözlərinə görə, müharibənin başa çatdırılması ilə bağlı açar yalnız Rusiya Prezidenti Vladimir Putinin əlindədir.
"Zelenskinin müharibəni bitirəcək açarı yoxdur və heç vaxt olmayıb. Trampın da belə imkanı yoxdur. Əgər kiməsə "müharibəni bitir" yazmaq istəyirsinizsə, ünvanı belədir: Moskva, Kremlin, Vladimir Vladimiroviç Putinə. Amma inanın ki, o, müharibəni davam etdirmək və Ukrayna şəhərlərini dağıtmaq niyyətindədir", – deyə jurnalist bildirib.
11:46 13.07.2026
Oxunuş sayı: 48