KİV: Avropada rekord istilər 10 mindən çox insanın həyatına son qoyub
İyunun sonunda Avropanı bürüyən rekord istilər nəticəsində 10 mindən çox insanın ölümü qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Reuters" Avropa mütəxəssislərinin məlumatına istinadən yazıb.
Məlumata görə, ekstremal istilər dövründə ölənlərin sayı ilin bu dövrü üçün gözlənilən göstəricidən 10 mindən çox artıq olub.
Bildirilir ki, həyatını itirənlərin 9 mindən çoxu 65 yaşdan yuxarı şəxslərdir.
Mütəxəssislər yüksək temperaturun xüsusilə yaşlı insanlar və xroniki xəstəliklərdən əziyyət çəkənlər üçün ciddi təhlükə yaratdığını vurğulayırlar.
12:12 13.07.2026
Oxunuş sayı: 63