Ukrayna Rusiyanın neft infrastrukturuna yeni zərbələr endirib
Ukrayna Rusiyanın neft-qaz infrastrukturuna hücumlarını davam etdirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya və Ukrayna mənbələri məlumat yayıb.
Məlumata görə, Stavropol diyarının Vyazniki (Vyazniki xutoru) yaşayış məntəqəsində yerləşən neft bazası pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.
Bundan başqa, Moskva vilayətinin Solneçnoqorsk şəhərinə də hücum edildiyi bildirilir. İlkin məlumatlara əsasən, hadisə nəticəsində ölənlərin olduğu qeyd olunur.
Hücumların nəticələri və dəymiş ziyanla bağlı rəsmi qurumlar tərəfindən əlavə məlumat açıqlanmayıb.
11:38 13.07.2026
Oxunuş sayı: 47