Rusiya SSRİ dağılandan bəri ən böyük yanacaq böhranı ilə üzləşib
Rusiyada davam edən neft emalı zavodlarına hücumlar ölkəni SSRİ-nin dağılmasından bəri ən ciddi yanacaq böhranı ilə üz-üzə qoyub.
Crossmedia.az xəbər verir ki, bu barədə Polşanın Şərq Araşdırmaları Mərkəzinin təhlilində bildirilib.
Məlumata görə, Ukraynanın Rusiya neft emalı zavodlarına endirdiyi zərbələr nəticəsində ölkədə neft emalının həcmi kəskin azalıb, yanacaq qıtlığı yaranıb və qiymətlər yüksəlib.
Mərkəzinin analitiklərinin qiymətləndirməsinə əsasən, Rusiya hakimiyyəti artıq regionların təxminən yarısında yanacaq satışına məhdudiyyət tətbiq edib, Belarus və Hindistandan benzin idxalını artırıb, həmçinin sahəyə dövlət dəstəyi tədbirlərini genişləndirib.
Təhlildə vurğulanır ki, neft emalı infrastrukturuna zərbələr davam edəcəyi təqdirdə Rusiyada vəziyyət daha da ağırlaşacaq.
10:14 13.07.2026
Oxunuş sayı: 50