Moskvadan İrəvana birbaşa avtobus marşrutu açılıb
Moskva ilə İrəvan arasında birbaşa avtobus reysləri fəaliyyətə başlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Moskva merinin müavini Maksim Liksutov məlumat verib.
Onun sözlərinə görə, avtobuslar həftədə bir dəfə – hər həftənin cümə axşamı günü reys həyata keçirəcək.
Yeni marşrutun iki paytaxt arasında sərnişin daşımalarını asanlaşdıracağı bildirilir.
09:54 13.07.2026
Oxunuş sayı: 61