İran üç sərhəd-keçid məntəqəsini vurub
İranın Küveytlə İraq arasındakı sərhəddə yerləşən üç sərhəd-keçid məntəqəsinə raket zərbələri endirdiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, bubarədə Küveyt Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, hücum zamanı Fars körfəzində fəaliyyət göstərən Küveyt Neft Şirkətinə məxsus dəniz qazma platformaları da hədəfə alınıb.
Hadisə nəticəsində platformalarda çalışan bir əməkdaş yaralanıb, obyektlərdəki avadanlıqlara isə ziyan dəyib.
Hadisə ilə bağlı əlavə məlumatların dəqiqləşdirildiyi bildirilir.
22:40 12.07.2026
Oxunuş sayı: 68