Kəşfiyyat: Xameneinin dəfnindəki maskalı şəxs onun nəvəsi olub
İranın keçmiş ali dini lideri Əli Xameneinin dəfn mərasimində maska ilə görünən şəxsin onun böyük nəvəsi Məhəmməd Cavad Xamenei olduğu iddia edilir.
Crossmedia.az xəbər verir ki, bu barədə açıq mənbələr üzrə kəşfiyyat məlumatları ilə məşğul olan analitiklər bildiriblər.
Məlumata görə, Məhəmməd Cavad Xamenei üzünü babasının həlak olduğu hücum zamanı aldığı yanıq xəsarətlərinə görə gizlədib.
Bundan əvvəl maskalı şəxsin İranın yeni ali dini lideri Müctəba Xamenei olduğu barədə iddialar səsləndirilmişdi.
Qeyd edək ki, bu məlumatı rəsmi mənbələr hələlik təsdiqləməyib.
17:41 12.07.2026
Oxunuş sayı: 70