Ukrayna HHM sistemləri ballistik raketlərin 92%-ni vura bilmir
Ukrayna hava hücumundan müdafiə (HHM) sistemləri Rusiyanın ballistik raketlərinin böyük hissəsini zərərsizləşdirə bilmir.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukrayna mənbələrinə istinadən məlumat yayılıb.
Məlumata görə, Ukrayna HHM sistemləri buraxılan ballistik raketlərin cəmi 8 faizini vurmağa nail olur. Bu isə raketlərin təxminən 92 faizinin hədəfə çatdığı anlamına gəlir.
Bildirilir ki, ballistik raketlərin ələ keçirilməsi üçün daha müasir hava hücumundan müdafiə sistemlərinə ehtiyac var və Kiyev bu istiqamətdə Qərb müttəfiqlərindən dəstəyi davam etdirməyə çalışır.
17:46 12.07.2026
Oxunuş sayı: 69