Dərnəgül yolunda dəhşətli qəza - Sürücü öldü
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Crossmedia.az xəbər verir ki, Nərimanov rayonu Ziya Bünyadov prospektində “Mitsubishi Pajero İO” markalı avtomobil “156 Evakuasiya Xidməti”nin avtomobilinə çırpılıb.
Nəticədə, minik avtomobilinin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
11:06 08.07.2026
Oxunuş sayı: 62