Marko Rubiodan Avropaya mesaj: “Uzun yuxudan oyanın”
Rubio Avropanı “oyanmağa” çağırdı
Crossmedia.az xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio Avropanın uzunmüddətli durğunluqdan çıxaraq yeni mərhələyə qədəm qoymasının vacibliyini bildirib.
“Biz inanırıq ki, Avropa uzunmüddətli yuxudan oyanacaq və min illər əvvəl burada alovlanan atəşi yenidən canlandıracaq. Artıq bunun ilk əlamətləri görünür. Bütün qitə boyunca nəsillərarası dəyişimin başlanğıcı olacağına ümid etdiyimiz prosesləri müşahidə edirik”, - Rubio deyib.
ABŞ dövlət katibi Vaşinqtonla Avropa arasında münasibətlərdə fikir ayrılıqları və emosiyaların zaman-zaman gərginlik yaratdığını da qeyd edib.
Onun sözlərinə görə, bu fikir ayrılıqlarının ABŞ ilə Avropa arasındakı əlaqələrə zərər vurmasına yol vermək olmaz.
20:38 07.10.2026
Oxunuş sayı: 54