Qaradağda 4 nəfərin öldüyü qəzada xəsarət alanların vəziyyəti açıqlanıb - Yenilənib
Qaradağda 4 nəfərin öldüyü yol-nəqliyyat hadisəsində xəsarət alanların vəiyyəti açıqlanıb.
Crossmedia.az xəbər verir ki,bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, 07.10.2026-cı il tarixində saat 14:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu ərazisindən çağırış qeydə alınıb.
Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.
Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfər (kişi) müştərək travma diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Onlardan 1961-ci il təvəllüdlü şəxsə qaraciyərin travması, qabırğaların çoxsaylı sınığı, 1984-cü il təvəllüdlü şəxsə isə səthi travma diaqnozu təyin edilib.
Hazırda müalicələri müvafiq şöbələrdə davam etdirilir, 1961-ci il təvəllüdlü şəxsin vəziyyəti orta ağır, 1984-cü il təvəllüdlü şəxsin vəziyyəti isə stabil qiymətləndirilir.
18:34
Qaradağda 4 nəfərin öldüyü yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb.
Crossmedia.az xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.
18:51 07.10.2026
Oxunuş sayı: 113