Kiyevdə günorta saatlarında partlayış baş verdi
Kiyevdə günorta saatlarında partlayış səsləri eşidilib.
Crossmedia.az xəbər verir ki, “Strana.ua” Telegram kanalı bu barədə məlumat yayıb.
Məlumata görə, partlayışlar oktyabrın 7-də günorta saatlarında Ukraynanın paytaxtında qeydə alınıb.
Hazırda partlayışların səbəbi və nəticələri barədə əlavə məlumat açıqlanmayıb. Hadisə ilə bağlı rəsmi qurumların açıqlaması gözlənilir.
18:23 07.10.2026
Oxunuş sayı: 142