Tovuzda 9 yaşlı uşağı elektrik vurdu: vəziyyəti ağırdır
Tovuzda azyaşlını elektrik cərəyanı vurub.
Crossmedia.az xəbər verir ki, hadisə rayonun Düz Qırıqlı kəndində baş verib. Kənd sakini olan 2017-ci il təvəllüdlü Ə.Sofiyevi elektrik cərəyanı vurub.
Xəstəxanaya yeləşdirilən uşağa yardım edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.(APA)
14:02 07.10.2026
Oxunuş sayı: 211