Paşinyan: Azərbaycanlı hərbçi saxlanılarkən müqavimət göstərməyib
Ermənistanın Baş naziri Nikol Paşinyan odlu silahı olan azərbaycanlı hərbçinin saxlanılması zamanı müqavimət göstərmədiyini və onun xəsarətlərinin olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Nikol Paşinyan bu barədə danışarkən azərbaycanlı hərbçinin saxlanılması ilə bağlı detalları açıqlayıb.
“Yanında odlu silah olan azərbaycanlı hərbçi saxlanılarkən ümumiyyətlə müqavimət göstərməyib. Mənim başa düşdüyümə görə, onun müəyyən xəsarətləri də olub”, - Paşinyan deyib.
20:40 07.10.2026
Oxunuş sayı: 56