İran “Hizbullah”a böyük məbləğdə vəsait ayırıb
İrandan “Hizbullah”a 200 milyon dollar vəsait köçürülüb
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
Məlumata görə, “Hizbullah” İrandan bu il İsraillə müharibə səbəbindən evlərini tərk etmək məcburiyyətində qalan livanlı ailələrə dəstək məqsədilə 200 milyon dollar alıb.
Vəsaitin ötən ay “Hizbullah”a çatdırıldığı bildirilir. Bu, ABŞ-nin İrana qarşı iqtisadi təzyiqlərinin artdığı və qruplaşmaya pul köçürmələrinin çətinləşdiyi bir vaxtda baş verib.
Məlumata görə, vasitəçilər pulun köçürülməsi üçün 20 faiz komissiya alıblar. Bu göstərici adi komissiya dərəcəsindən təxminən dörd dəfə yüksəkdir.
“Hizbullah” ilkin mərhələdə hər ailəyə 3 min dollar ödəməyi planlaşdırır. Yardımın İsrailin işğalı nəticəsində dağıdılmış və ya hələ də giriş mümkün olmayan kəndlərdə yaşayan təxminən 50 min ailəyə prioritet qaydada çatdırılması nəzərdə tutulur.
20:52 07.10.2026
Oxunuş sayı: 53