8 Oktyabr bürcləri nə gözləyir?
♈ Qoç — İş və məsuliyyətlər ön plana çıxır. Gün ərzində rəhbərlikdən və ya iş yoldaşından gələn bir xəbər planınızı dəyişə bilər. Axşam isə şəxsi münasibətlərdə açıq söhbət üçün yaxşı vaxtdır.
♉ Buğa — Pul məsələsində diqqətli olun. Gözlənilməz xərc çıxa bilər, amma eyni zamanda əlavə qazanc və ya maddi imkan barədə xəbər almağınız mümkündür.
♊ Əkizlər — Telefonunuz susmayacaq. Görüş, mesaj və yeni tanışlıq baxımından aktiv gün ola bilər. Xüsusilə iş və təhsillə bağlı eşidəcəyiniz bir məlumat sonradan işinizə yarayacaq.
♋ Xərçəng — Ailə və ev məsələsi gündəmdədir. Evdə dəyişiklik, ailə üzvü ilə vacib söhbət və ya yaşayışla bağlı qərar gündəmə gələ bilər.
♌ Şir — Özünüzü göstərmək üçün fürsət yaranır. İşdə və ya sosial çevrədə diqqət çəkəcəyiniz bir hadisə ola bilər. Amma hər kəsə planlarınızı danışmaq üçün hələ tezdir.
♍ Qız — Maddi məsələlər və iş planları diqqət tələb edir. Gözlədiyiniz ödəniş və ya cavab gecikə bilər. Günün sonunda isə bir məsələ ilə bağlı fikriniz tamamilə dəyişə bilər.
♎ Tərəzi — Sizin üçün emosional baxımdan diqqətçəkən gündür. Münasibətlərdə qarşı tərəfin bir davranışı sizə çox şey göstərə bilər. Subay Tərəzilər üçün isə gözlənilməz yazışma mümkündür.
♏ Əqrəb — Bir müddətdir gizli saxladığınız fikir və ya hiss yenidən gündəmə gələ bilər. İşdə isə pərdəarxası gedən bir söhbətdən xəbər tutma ehtimalınız var.
♐ Oxatan — Dost çevrəsi və gələcəklə bağlı planlar aktivləşir. Bir dostunuzdan gələn təklif sizi yeni istiqamətə yönəldə bilər. Səfər və təhsil planları üçün də yaxşı gündür.
♑ Oğlaq — Karyera baxımından vacib gün ola bilər. Rəhbərliklə söhbət, yeni vəzifə və ya məsuliyyət gündəmə gələ bilər. Özünüzü sübut etmək üçün fürsəti qaçırmayın.
♒ Dolça — Gözünüzü daha böyük məqsədlərə dikəcəksiniz. Təhsil, xaric, səfər və ya yeni layihə ilə bağlı xəbər ala bilərsiniz. Lakin eşitdiyiniz hər məlumatı dərhal doğru qəbul etməyin.
♓ Balıq — Ortada qalan bir maliyyə və ya sənəd məsələsi yenidən gündəmə gələ bilər. Kiməsə borc vermək və ya böyük alış etmək istəyirsinizsə, qərarı bir qədər düşünmək daha yaxşıdır.
✨ 8 oktyabrın əsas enerjisi: tələsik qərarlardan çox, müşahidə və düzgün anda hərəkət etmək. Bəzi bürclər üçün adi görünən bir söhbət günün ən vacib hadisəsinə çevrilə bilər.
Zeynəb Həsən
21:00 07.10.2026
Oxunuş sayı: 207