Qalibafın müşaviri ABŞ-ni iqtisadi məğlubiyyətlə hədələdi
İran parlamenti sədrinin müşaviri Məcid Şakiri davam edən münaqişə ilə bağlı açıqlama verib.
Crossmedia.az xəbər verir ki, Məcid Şakiri bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, hazırkı müharibə ABŞ-yə iqtisadi məğlubiyyət qəbul etdirilmədən başa çatmayacaq. Şakiri bu məqsədə çatmağın çətin olduğunu, lakin mümkün sayıldığını qeyd edib.
“Bu müharibə Amerikaya iqtisadi məğlubiyyət məcburi şəkildə qəbul etdirilmədən başa çatmayacaq. Bu, çox çətin bir işdir, lakin əlçatandır”, - deyə o yazıb.
20:15 07.10.2026
Oxunuş sayı: 53