Azərbaycan Ukrayna ət qadağasını ləğv etdi – qərarın arxasında nə var?
Azərbaycan Ukraynadan dondurulmuş mal ətinin idxalına tətbiq edilən müvəqqəti məhdudiyyətləri aradan qaldırıb.
Crossmedia.az bu barədə xəbər verir ki, Azərbaycan 2025-ci ilin aprel ayında Ukraynadan gətirilən dondurulmuş mal ətinə müvəqqəti qadağa tətbiq etmişdi. Qərarın səbəbi kimi məhsulun baytarlıq və sanitariya standartlarına uyğun gəlməməsi göstərilmişdi.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumatına əsasən, məhdudiyyətlərin götürülməsi müvafiq yoxlamalardan sonra mümkün olub.
19:24 01.07.2026
Oxunuş sayı: 45