İsrailin maliyyə naziri Qəzza zolağının tam nəzarətə götürülməsini təklif edib
İsrailin maliyyə naziri Betsalel Smotriç Qəzza zolağının tam şəkildə İsrailin nəzarətinə keçirilməsinin zəruri olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə nazirin açıqlaması İsrail KİV-lərində yayılıb.
Smotriçun sözlərinə görə, Baş nazir Benyamin Netanyahu razılıq verəcəyi təqdirdə, İsrail Qəzza zolağının şimalında dərhal üç yəhudi yaşayış məntəqəsinin tikintisinə başlamağa hazırdır.
Nazir bu addımın mümkün qədər tez həyata keçirilə biləcəyini vurğulayıb.
15:40 01.07.2026
Oxunuş sayı: 40