Rus familiyaları rus milli kimliyinin aynasıdır
Rusların
milli familiyaları diqqəti cəlb edən bir fenomendir. Xüsusilə də rus olmayan şəxslər
üçün elə bir familiya (soyad) anlayışı formalaşıb ki, bu onların milli
kimliyini, dil xüsusiyyətlərini və tarixi ənənələrini ifadə etdiyindən rus
dilində alnlaşılmır və hətta qəribə də olsa normal qəbul edilir.
Qədim yəhudi
mənbələrində soyad haqqında mühüm ip ucları var. Doğrudur ki, dünyaya səpələnmiş
yəhudilər məskunlaşdıqları regionlarda onları əhatə edən xalqların ənənələri ilə
də inteqrasiya ediblər və bu səbəbdən də fərqli familiyalar daşıyıblar. Xüsusilə
də XIX əsrin ikinci yarısında Şərqi Avropada məskunlaşmış yəhudilər alman və ya
Şərqi Avropa xalqlarının familiyalarını qəbul etməyə başlayırlar. Lakin ortodoks
yəhudilər özlərinin tarixi ənənələrini
qorumağa çalışmış və "Tövrata" əsaslanan familiyalarını qorumuşdular.
Şərqi Avropada yəhudi soyadlarının formalaşdırılması da mürəkkəb proses idi və müxtəlif dil tərkibli familiyalar ortaya çıxırdı. Məslən, Kaverin, Zilber, Kamenev, Rozenfeld, Fastovski, Sverdlov, Xaymoviç, Ayzikov, Etkind, Varşaver, Xeyfets, Marşak, Luzzatto, Aqranat, Şaqal, Adler, Reznikov, Berkovich, Varshavsky, Belkin, Davidson, Abramoviç, Ostrovsky, Abulafia, Sapozhnikov, Kravets, Novikov, Abramov, Aleksandrov, Konstantinov, Romanov, Smirnov, Robinson, Zaxarov və s.

Ərəblərin,
ingilislərin, almanların özlərinə məxsus familiya modelləri mövcuddur. Türk
xalqlarının da tarixən formalaşmış milli familiya (soyad) ənənələrinin olduğunu
bilirik. Hesab edilir ki, soyad milli kimliyin aynası olaraq da çıxış edir. Məhz
bu baxımdan rus milli familiyalarının təsnif olunmasını və rus milli kimliyini
onların soyadı çərçivəsində öyrənməyə çalışaq.
Yelena
Vladimirovna Balanovskayanın rəhbərlik etdiyi bir qrup tədqiqatçı "Tibbi
Genetika" jurnalında (2005, № 1) "Beş Rusiya bölgəsinin ailə portretləri"
adlı məqalə dərc edib. Əsərin tədqiqatının nəticələrinin xülasəsi bir neçə kütləvi
mətbuatda dərc edilib, bunlardan ən ətraflısı həftəlik "Kommersant
Vlast" qəzetindəki (№ 38, 26 sentyabr 2005) məqalə hesab edilir.
Siyahıya
daxil edilmək üçün meyar aşağıdakı kimi müəyyənləşdirilir. Soyadın bölgədə üç nəsil
ərzində yaşadığı ən azı beş soyad daşıyıcısı olmalıdır. Siyahılar əvvəlcə beş
bölgə üçün tərtib edildi. Rusiyanın Şimal, Mərkəzi, Mərkəzi-Qərb, Mərkəzi-Şərq
və Cənub regionları seçilidi. Ümumilikdə, bütün bölgələr üzrə təxminən 15.000
rus soyadı toplandı, bunların əksəriyyəti yalnız bir bölgədə tapıldı və digərlərində
təkrarlanmadı. Tədqiqatçılar regional siyahıları bir-biri ilə müqayisə edərək
ümumilikdə 257 sözdə "ümumrusiya soyadı" olaraq müəyyən etdilər.
Eləcə
də üç nəsil təkrarlanmayan soyadların məzmun və məna çalarları da diqqətimizi cəlb
etdi. Klassik rus familiyası kimi təqdim olunan soyadların - İvanov, Petrov kimi
familiyaların əsasən Bibliyadan götürüldüyü məlumdur. İsanın həvariləri olan və Bibliyada adları çəkilən bu adlar rus soyadında geniş istifadə olunurlar - Simon,
Peter (Pyotor), Andrey, İohan (İvan), Yakob, Filip, Bartholomey, Foma, Matvey,
Alferev və başqaları.
Müxtəlif
mifolojı mənbələrdən götürülmüş familiyalar içərisindən götürülmüş Satanovski (Şeytan)
, Kaldunov (Cadugər) kimi familiyalar diqqətimizi cəlb etdi.
Rus
familiyaları sırasında heyvan adları əsaslı olanlar çoxdur. Məsələn, Kazlov (keçi),
Baranov (qoyun), Zaytsev( dovşan), Xamyakov (su siçanı), Medvedyev (ayı), Volkov (canavar),
Petuxov (xoruz), Babrov (supişiyi),
Həşəratların
adı əsaslı familiyalar da var - Jukov (böcək ), Tarakanov (hamamböcəyi), Komarov
(agcaqanad), Muxin (milçək),
İnsan
orqanlarının adı ilə müəyyənləşən familiyalar geniş yayılıb. Məsələn, Qlaznov (göz
), Nosov (burun), Kostin (sümük), Zubov( diş),
Quşların
adı ilə müəyyənləşdirilmiş familiyalar da çoxdur. Qolubyev (ğöyərçin ),
Sinitsin (qarabaş), Arlov (qartal), Korşunov (şahin ), Lebedyev (durna) və s.
Bir sıra
rus familiyaları rənglərə görə müəyyənləşdirilir və bu familiyaları daşıyan çox
sayda məşhur insanlar var. Məsələn, Çernyak( Qara), Belov(Ag ), Krasnov( Qırmızı),
Təbiəti təsvir
edən familiyalar - Ozerov (göl ), Utyosov (qaya ), Leskov (meşə), Balotin (Bataqlıq).
Sənət sahələri əsaslı familiyalar - Plotnikov ( Xərrat), Kuznetsov (Dəmirçi ),
Melnikov (Dəyirmançı ). Zinət əşyaları və qiymətli metal əsaslı familiyalar -Zolotov
(Qızıl ), Jemçujına (Mirvari), Serebrovski (Gümüş ), Biruzovski (Firuzə),
Almazov (Almas). Giləmeyvə əsaslı familiyalar -Yaqoda (Giləmeyvə), Malinovski (Moruq).
Meyvə adları əsaslı familiyalar - Arbuzov (qarpız), Vinoqradov (üzüm), Kapustin
(kələm) və s.
Alman
isimləri, latın sözləri, macar, polyak sözlərindən əmələ gəlmiş familiyalarla
yanaşı az sayda ərəb mənşəli familiyalar və xeyli türk mənşəli familiyalar da
var. Məsələn, Kononov (Qanun), Xabarov (Xəbər),
Kolçak (Qolçaq), Suvorov (Süvari ), Kutuzov ( Quduz), Karamzin, Nazarov və s.
2025-ci ilin araşdırmaları 25 ən məşhur rus familiyalarını üzə çıxardı - İvanov, Smirnov, Kuznetsov, Popov, Vasilyev, Petrov, Sokolov, Mixaylov, Novikov, Fedorov, Morozov, Volkov, Alekseev, Lebedev, Semyonov, Eqorov, Pavlov, Kozlov, Stepanov, Nikolaev, Orlov, Andreev, Makarov, Nikitin, Zaxarova.

Bu problemi son dərəcə dərindən öyrənmiş Andrey Nikolayeviç Kononovun bir tədqiqatı diqqəti cəlb edir. O, 1906-1986-cı illərdə yaşamış sovet dilçisi və türkoloqudur. Eləcə də Filologiya elmləri doktoru, professor, Sovet Türkoloqlar Komitəsinin sədri (1973–1986), SSRİ Elmlər Akademiyasının akademiki (1974), Özbəkistan SSR-in əməkdar elm xadimi olmuşdur. Rus dilində istifadə olunan türk əsilli sözlər lüğətini tərtib etmiş bu alim bir çox rus sözlərinin etimalogiyasını öyrənərək onların türk mənşəli olduğunu müəyyən etmişdi.

Eləcə də, “Türk mənşəli rus soyadları. Moskva, Şərq ədəbiyyatı baş
redaksiyası, Nauka nəşriyyatı. 1979.” adlı əsərin müəllifi N. A. Baskakov bu
problemin öyrənilməsində əhəmiyyətli rol oynayıb.
Məşhur sovet türkoloqunun bu kitabı türk mənşəli rus soyadlarının formalaşma tarixinə həsr olunub. Burada 300 rus soyadının geniş tarixi-filoloji girişi və təhlili, şəcərə məlumatlarından və ailə emblemlərinin (gerblərinin) təsvirlərindən məlumatlar yer alır.

Diqqəti cəlb edir ki, XIX əsrdə Rusiyada Avropa mənşəli familiyalar zədəganlığı göstərirdi.
Bu familiyaları daşıyanlar alim, bəstəkar və ya dövlət məmurları olurdular. Bəzən
alman soyadlarına rus soyadları (-ov), (-ev), (-in) və (-skiy) şəkilçiləri əlavə
olunurdu. Beləliklə, Miller - Millerov, Furman - Furmanov, Schneiderov
- Şneyderov, Schultz - Şultsev, Schenberg - Shenberkov, Rusman - Rusmanov və s.
olurdu. Məsələn, Vladimir
Adolfoviç Şneyderov (1900–1973) məşhur səyyah, rejissor və televiziya aparıcısı
idi. 1969-cu ildə RSFSR Xalq Artisti adına layiq görülmüşdür.
XIX
əsrin sonu XX əsrin əvvəllərində türk əsilli familiyalar da Rusiya elitasında
hörmətli hesab edilirdilər. Məslən, Kononov, Xabarov, Kolçak, Suvorov, Kutuzov, Karamzin, Nazarov, Nağiev və s. Lakin Azərbaycan
adlarından formalaşmış Sarabski, Xoyski, Arablinski, Naxiçivanski kimi
familiyalar “rus qulağına” yabançı gəlirdi və əgər Rusiyada evlənmək istəyərdilərsə
rus provaslav kilsəsi familiyalarının dəyişdirilməsini tələb edə bilərdi.
SSRİ-nin dağılmasından sonra Rusiya aristokratiyası babalarının familiyalarını bərpa etməyə başladılar və bu çox geniş miqyas aldı. 1990-cı illərin sonlarında rus ideyası axtarışı yenidən rus milli familiyası mövzusunu gündəmə gətirdi. “Rus milli ideyası” axtarışının nəticəsi olaraq 2025-ci il araşdırmalarında müəyyən edilmişdir ki, 25 ən məşhur rus familiyaları içərisində türk əsilli familiya yoxdur.
15:46 01.07.2026
Oxunuş sayı: 72