Ermənistanda Rusiyanın yeni sanksiyalar tətbiq edə biləcəyi gözlənilir
Ermənistanda hökumətə yaxın dairələrdə Rusiyanın ölkəyə qarşı yeni məhdudlaşdırıcı tədbirlər tətbiq edə biləcəyi ilə bağlı müzakirələr aparılır.
Crossmedia.az xəbər verir ki, Ermənistan KİV-i bu barədə məlumat yayıb.
Məlumata görə, 1–2 iyul tarixlərində Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Ermənistana səfəri gözlənilir. Səfərdə Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos da iştirak edəcək.
Bildirilir ki, Avropa nümayəndə heyətinin səfəri parlament seçkilərindən sonra Ermənistan hakimiyyətinə siyasi dəstək mesajı kimi qiymətləndirilir.
Qeyd olunur ki, buna bənzər addımlar əvvəllər Moskvanın ixrac məhdudiyyətləri ilə cavab verməsi ilə nəticələnib. Həmin dairələrin proqnozuna görə, fon der Lyayenin səfərindən sonra Rusiya Ermənistana qarşı ikinci iri sanksiyalar paketini tətbiq edə bilər.
Məlumatda vurğulanır ki, mümkün məhdudiyyətlər ilk növbədə Ermənistanın biznes sektoruna və iqtisadiyyatına təsir göstərə bilər.
12:14 01.07.2026
Oxunuş sayı: 55