Lukaşenko: Belarus SSRİ-dən qalan texnologiyaları modernləşdirib
Belarus Prezidenti Aleksandr Lukaşenko rəsmi səfərlə İndoneziyaya gedib və ölkəsinin texnoloji potensialı barədə açıqlama verib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Lukaşenko İndoneziya hökumətinin üzvləri ilə görüşdə Belarus texnologiyalarının əsasının Sovet İttifaqı dövründə formalaşdığını bildirib.
Onun sözlərinə görə, SSRİ dünyanın ən inkişaf etmiş ölkələrindən biri idi və Belarus həmin texnologiyaları qoruyaraq müasir tələblərə uyğun şəkildə təkmilləşdirib.
10:45 01.07.2026
Oxunuş sayı: 51