Eyfel qülləsi istilik dalğası səbəbindən 10 santimetr “böyüyüb”
Eyfel qülləsi anomal istilər səbəbindən təxminən 10 santimetr hündürlüyündə artım göstərib.
Crossmedia.az xəbər verir ki, mütəxəssislər metal konstruksiyalar yüksək temperaturda genişləndiyini və hava soyuduqda yenidən əvvəlki ölçüsünə qayıtdığını bildirir. Qeyd olunur ki, hər 10 dərəcə temperatur artımına görə struktur təxminən 2 santimetr genişlənə bilər.
Qüllənin tikintisində istifadə edilən pərçimlənmiş dəmir (pudlinq dəmiri) istiliyə həssas materialdır və bu səbəbdən temperatur dəyişikliklərinə uyğun olaraq ölçü dəyişikliyi baş verir.
Bildirilib ki, bu proses təbii fiziki hadisədir və qüllənin təhlükəsizliyinə heç bir risk yaratmır. Temperatur aşağı düşdükcə konstruksiya yenidən ilkin ölçüsünə qayıdır.
16:53 30.06.2026
Oxunuş sayı: 42