AES-in ilk enerji bloku payızda istismara veriləcək
Türkiyədə inşa edilən "Akkuyu" Atom Elektrik Stansiyasının (AES) ilk enerji blokunun bu ilin payızında istismara verilməsi planlaşdırılır.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiyanın "Rosatom" Dövlət Korporasiyası məlumat yayıb.
Bildirilib ki, atom elektrik stansiyası tam gücü ilə fəaliyyətə başladıqdan sonra Türkiyənin elektrik enerjisinə olan tələbatının təxminən 10 faizini təkbaşına təmin edəcək.
16:46 30.06.2026
Oxunuş sayı: 48