ABŞ Venesuelaya tektonik hücum edib?- Sensiasion iddia
Venesuelada baş verən son dağıdıcı zəlzələlərin ardınca yaranan geosiyasi gərginlik və ABŞ-nin "Mütləq Qətiyyət" (Absolute Resolve) əməliyyatı ilə Venesuela prezidenti Nikolas Maduronu həbs edib ölkədən çıxarması, region ətrafındakı sui-qəsd nəzəriyyələrini yenidən alovlandırıb. Təbii fəlakətin məhz belə bir siyasi xaos və xarici müdaxilə dövrünə təsadüf etməsi, bəzi dairələrdə bu seysmik hadisənin süni şəkildə törədildiyi iddialarını ortaya çıxarsa da, elmi faktlar və regionun tektonik reallıqları tamamilə fərqli bir mənzərəni ortaya qoyur. Bununla bağlı beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli Crossmedia.az-a açıqlama verib.

"Təbii ki, bu mülahizələr reallığı əks etdirmir. O bölgədə zəlzələ olma ehtimalı hər zaman yüksək olub. Topoqrafik və seysmoloji xəritələr də bunu təsdiq edir. Bunun üçün də yanlış qiymət çıxarmaq düzgün deyil. Bu, təbii hadisədir. Nəzərə almaq lazımdır ki, ABŞ-nin bunu etməsi üçün əsaslı səbəbi də yoxdu, niyə etsin axı?!".
Turqut Ansari
18:30 29.06.2026
Oxunuş sayı: 46