Azərbaycan neftinin qiyməti 80 dollardan aşağı düşüb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,67 ABŞ dolları və ya 0,83 % azalaraq 79,76 ABŞ dolları təşkil edib.
Crossmedia.az xəbər verir ki, bu barədə neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə görə, "Brent" markalı neftin avqust fyuçerslərinin qiyməti 75,39 ABŞ dolları təşkil edib.
09:40 24.06.2026
Oxunuş sayı: 39