“Qara qızıl” ucuzlaşır: Azərbaycan neftinin qiyməti azaldı
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.
Crossmedia.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,52 dolla və ya 3,04% ucuzlaşaraq 80,43 ABŞ dolları olub.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 82,95 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
09:50 23.06.2026
Oxunuş sayı: 49