Mobil rabitə sektorunun gəlirləri 10 faiz yüksəlib
Bu ilin yanvar-may aylarında Azərbaycanda mobil telefon rabitəsi xidmətlərindən 519,7 milyon manat gəlir əldə edilib.
Crossmedia.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6 % çoxdur.
Təkcə mayda isə adıçəkilən xidmətlərdən 111 milyon manat gəlir əldə olunub ki, bu da 1 il əvvələ nisbətən 10 % çoxdur.
Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda mobil telefon rabitəsi xidmətlərindən 1 milyard 291 milyon manat gəlir əldə edilib. Bu, 2024-cü illə müqayisədə 4,5 % çoxdur.
11:25 18.06.2026
Oxunuş sayı: 56