Dua Lipa "Samsung"u məhkəməyə verdi
Müğənni Dua Lipa texnologiya şirkəti "Samsung"u 15 milyon dollar dəyərində məhkəməyə verib.
Crossmedia.az xəbər verir ki, “Variety” nəşrinin məlumatına görə, iddiada şirkətin müğənninin fotosundan onun icazəsi olmadan televizor qutularında istifadə etdiyi bildirilir.
İddiada qeyd olunur ki, bu addım ictimaiyyətdə Dua Lipanın "Samsung" məhsullarını dəstəklədiyi barədə yanlış təəssürat yaradıb.
17:11 11.05.2026
Oxunuş sayı: 58