Müsabiqə qalibi: "Yüksəliş" cəmiyyət üçün keyfiyyət göstəricisinə çevrilib
“Yüksəliş” artıq cəmiyyət üçün müəyyən bir keyfiyyət göstəricisinə çevrilib.
Bunu Crossmedia.az-a geniş müsahibəsində III “Yüksəliş”müsabiqəsinin qaliblərindən biri olan Ülviyyə Mehralıyeva deyib.
"Bu ada sahib olmaq sadəcə status deyil, həm də məsuliyyətdir. Çünki sən artıq təkcə özünü yox, həmin platformanı da təmsil edirsən. Mən düşünürəm ki, bu müsabiqə ölkədə potensiallı insanların üzə çıxarılması və doğru istiqamətdə yönləndirilməsi baxımından çox mühüm rol oynayır", - o bildirib.
03:20 18.04.2026
Oxunuş sayı: 44