Müsabiqə qalibi: "Yüksəliş" mənim üçün daxili oyanış nöqtəsi oldu
“Yüksəliş” mənim həyatımda bir layihədən daha artıq məna daşıdı – bu, mənim üçün daxili oyanış nöqtəsi oldu. Çünki mən bu müsabiqəyə həyatımın elə bir mərhələsində qoşuldum ki, prioritetlərim tamamilə fərqli istiqamətdə idi.
Bunu Crossmedia.az-a geniş müsahibəsində III “Yüksəliş”müsabiqəsinin qaliblərindən biri olan Ülviyyə Mehralıyeva deyib.
"Hətta əvvəlki müsabiqələrdən xəbərim olsa da, iştirak etmək nə planlarımda var idi, nə də özümə qarşı o cəsarəti hiss edirdim. Amma üçüncü müsabiqə zamanı ətrafımın, dostlarımın, həmkarlarımın – inamı mənə də keçdi. Sadəcə bir anlıq qərarla qeydiyyatdan keçdim və nəticədə qalib oldum. Bu qalibiyyət mənim üçün yalnız nəticə deyildi, həm də özümə inamın bərpası idi. Ən böyük dönüş nöqtəsi isə düşüncə tərzimdə baş verdi. Artıq daha rahat zonada qalmaq istəmədim, özümü daha çətin mühitlərə atmağa başladım. Bu dəyişiklik həm karyeramda, həm də şəxsi inkişafımda ciddi sıçrayış yaratdı", - o bildirib.
04:49 18.04.2026
Oxunuş sayı: 44