Qeyri-sabit hava şəraiti sabah axşamadək davam edəcək
Hazırda ölkədə müşahidə olunan qeyri-sabit hava şəraitinin Bakıda və Abşeron yarımadasında aprelin 6-sı axşamadək, Azərbaycanın rayonlarında isə 7-si axşamadək davam edəcəyi gözlənilir.
Crossmedia.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Xidmətin məlumatına əsasən, hazırda bəzi yerlərə intensiv və güclü yağış, dağlıq ərazilərə isə qar yağır.
10:35 06.04.2026
Oxunuş sayı: 57