Texnologiya

Apple Vision Pro gözləntiləri doğrultmayıb

Apple-ın böyük ümidlə təqdim etdiyi Vision Pro cihazı gözləntiləri doğrultmayıb. Fevral 2024-də satışa çıxarılan bu artırılmış reallıq başlığı (AR) indiyə qədər 500.000 ədəd belə sata bilməyib.

Crossmedia.az xəbər verir ki, cihazın 3.499 dollarlıq yüksək qiyməti satışları zəiflədən əsas səbəblərdən biridir. Apple rəhbəri Tim Cook, Vision Pro-nu "gələcəyin texnologiyası" kimi təqdim etsə də, cihazın məhdud auditoriyaya yönəlməsi onun bazardakı uğurunu çətinləşdirib. Həmçinin, araşdırmalar cihazı alanların onu gözlənildiyindən daha az istifadə etdiyini göstərir.

Mütəxəssislər hesab edir ki, satışların zəif olmasının əsas səbəblərindən biri Vision Pro-nun istifadəsi üçün kifayət qədər geniş və cəlbedici imkanların olmamasıdır. Analitiklər Apple-ın daha çox tətbiqlər və funksiyalar təqdim etməli olduğunu vurğulayır.

Şirkətin daha ucuz bir versiya hazırlamaq planlarını 2027-ci ildən sonraya təxirə salması isə Apple-ın AR/VR texnologiyasında uzunmüddətli strategiya izlədiyini göstərir.

Sevinc Abuşova 

16:35 09.12.2024

Oxunuş sayı: 6078

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR