Pakistanın şimal-qərbində partlayış
Pakistanın şimal-qərbində terror aktı baş verib. Hadisə Xeybər Paxtunxva əyalətinin Bənnu bölgəsində qeydə alınıb.
Crossmedia.az bu barədə "Əl Ərəbiyəyə" istinadən xəbər verir.Məlumata görə, motosikletə yerləşdirilmiş partlayıcının işə düşməsi nəticəsində iki nəfər həlak olub, 17 nəfər yaralanıb. Ölənlərdən birinin azyaşlı olduğu bildirilir. Yaralılardan bir neçəsinin vəziyyəti ağırdır.
Polis mənbələrinin məlumatına əsasən, partlayış mağazaların yaxınlığında baş verib. Hadisə yerinə təhlükəsizlik qüvvələri cəlb olunub, ərazi mühasirəyə alınıb və istintaq çərçivəsində sübutlar toplanır.
Qeyd edək ki, Əfqanıstanla sərhəddə yerləşən Xeybər Paxtunxva son illərdə tez-tez silahlı hücumlar və radikal qruplarla toqquşmalarla üzləşir. Bölgədə fəaliyyət göstərən silahlı qruplar arasında Təhrik-e-Cihad Pakistan da var.
18:05 16.02.2026
Oxunuş sayı: 514