Ukraynada energetika sektorunda ANTİKORRUPSİYA İŞİ
Ukraynada davam edən “Midas” antikorrupsiya istintaqı çərçivəsində keçmiş energetika naziri German Valerioviç Qaluşçenko şübhə ilə bağlı rəsmi bildiriş göndərilib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
İstintaqı Ukraynanın Xüsusi Antikorrupsiya Prokurorluğu aparır. Müstəntiqlərin məlumatına görə, 2021-ci ilin fevralında Anqilyada təxminən 100 milyon dollar investisiya cəlb etmək məqsədilə fond yaradılıb.
İddialara əsasən investorlar sırasında məmurun ailə üzvləri də olub. Hüquq-mühafizə orqanları hesab edir ki, fond enerji sektorunda qanunsuz fəaliyyət nəticəsində əldə olunan vəsaitləri dövriyyəyə buraxmaq üçün istifadə edilib.
İstintaq materiallarına görə, fondun hesablarına 7,4 milyon dollardan çox vəsait daxil olub. Həmçinin 1,3 milyon İsveçrə frankı və 2,4 milyon avrodan artıq məbləğin çıxarılaraq İsveçrədə yaşayan ailə üzvlərinə köçürüldüyü bildirilir. Vəsaitlərin bir hissəsinin uşaqların nüfuzlu təhsil müəssisələrində təhsil haqqının ödənilməsinə, qalan hissəsinin isə investisiyalara yönəldildiyi iddia olunur.
Keçmiş nazir cinayətkar təşkilat yaratmaqda və cinayət yolu ilə əldə edilən gəlirlərin leqallaşdırılmasında ittiham edilir. “Midas” əməliyyatı 2024-cü ildə Ukraynanın energetika sektorunda başladılan genişmiqyaslı antikorrupsiya istintaqının bir hissəsidir.
https://web.telegram.org/k/#@crossmediaaz
17:52 16.02.2026
Oxunuş sayı: 540