Simonyan: 2026 seçkiləri Azərbaycanla münaqişəyə son qoyacaq
Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib ki, ölkədə 2026-cı ildə keçiriləcək parlament seçkiləri Cənubi Qafqazda sülhün təmin olunmasında həlledici rol oynayacaq.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, hazırda Ermənistanda xarici oyunçulara yönəlmiş “sülh partiyası” və “müharibə partiyası” mövcuddur.
Simonyan vurğulayıb ki, 2026-cı il seçkiləri, yekun sülh müqaviləsinin imzalanması və ratifikasiyası ilə Azərbaycanla münaqişəyə son qoymalıdır. O, seçkilərdə qələbələrinə əminliyini ifadə edib.
16:48 16.02.2026
Oxunuş sayı: 543