Amerikalı analitik: ABŞ İrana hücum etməlidir
Tehran və Vaşinqton arasında diplomatik danışıqlar davam etdiyi bir vaxtda Atlantik Şurasının tədqiqatçısı Maykl Rozenblat bildirib ki, diplomatiya yolu ilə irəliləyiş ehtimalı zəifdir və ABŞ mümkün hərbi ssenarilərə hazır olmalıdır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O vurğulayıb ki, ABŞ Prezidenti Donald Tramp administrasiyasının əsas tələbləri – İranın ballistik raket proqramı və proksi qüvvələrə dəstəyi – Tehran tərəfindən ciddi qəbul edilmir. Rozenblat mümkün addımlardan birinin SEPAH və “Bəsic” qüvvələrinə məhdud zərbələr endirilməsi olduğunu qeyd edib ki, bu, Tehrana təzyiqi artırmaq və danışıqlarda mövqeyini zəiflətmək məqsədi daşıyır.
16:32 16.02.2026
Oxunuş sayı: 493