ABŞ Dövlət Katibi Marko Rubio İranla bağlı bölgədəki mövqelərini açıqlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Rubio bildirib ki, ABŞ-nin bölgədəki hərbi qüvvələrinin mövcudluğu konkret təhlükəsizlik narahatlıqları ilə bağlıdır. O vurğulayıb ki, keçmişdə bölgədə bu cür təhdidlər müşahidə olunub və oxşar hal baş verərsə, ABŞ qüvvələrini müdafiə etmək üçün kifayət qədər gücə malikdir.
Rubio əlavə edib ki, hazırda Vaşinqton diplomatik danışıqlara üstünlük verir və bu yanaşmada dəyişiklik olarsa, ABŞ qanunvericiliyin tələb etdiyi bütün addımları atmağa hazırdır.