İranın xarici işlər naziri Abbas Əraqçı Cenevrədə nüvə danışıqlarının yeni raundu öncəsi Atom Enerjisi üzrə Beynəlxalq Agentlikin baş direktoru Rafael Qrossi ilə görüş keçirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.Görüşdə nüvə məsələləri üzrə texniki və ixtisaslaşmış müzakirələr aparılıb, İranın nüvə mütəxəssislərindən ibarət qrup da danışıqlara qatılıb.
Əraqçı ABŞ ilə diplomatik məsləhətləşmələrdən əvvəl Bədr əl-Busaidi ilə ayrıca görüş planlaşdırır. ABŞ və İran arasında dolayı danışıqlar fevralın 17-də Omanin Cenevrədəki səfirliyində keçiriləcək.