Əraqçı: Təzyiq altında güzəşt olmayacaq
Abbas Əraqçı, İran ilə ABŞ arasında mümkün danışıqlarla bağlı mövqeyini açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.O, “X” hesabında paylaşım edərək bildirib ki, təhdid altında edilən güzəştlər müzakirə mövzusu olmayacaq.
Əraqçı qeyd edib ki, o, Cenevrəyə ABŞ ilə ədalətli və bərabər əsaslara söykənən razılaşmaya nail olmaq üçün real və konstruktiv təkliflərlə gedir. Nazir əlavə edib ki, danışıqların gündəmində təzyiq və ya təhdid altında olan güzəştlər yer almır.
Bundan əlavə, Abbas Əraqçı bu gün Atom Enerjisi üzrə Beynəlxalq Agentlikin baş direktoru Rafael Qrossi ilə texniki məsələlərin müzakirəsi üçün görüş keçirəcək. O, həmçinin fevralın 17-də Bədr əl-Busaidi ilə ayrıca görüş planlaşdırdığını bildirib.
13:40 16.02.2026
Oxunuş sayı: 562